Soyğunçuların çənəsini sındırdığı Obameyanqdan açıqlama

“Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanq ona edilən hücumla bağlı fikirlərini açıqlayıb.

Obameyanqın evinə girən soyğunçular ov tüfənginin qundağı ilə 33 yaşlı futbolçunun çənəsini sındırıblar. Ondan təxminən 700 min avro oğurlanıb.

Komanda.az xəbər verir ki, qabonlu hücumçu hadisə ilə bağlı sosial şəbəkə hesabında bunları yazıb:

“Dəstək üçün təşəkkürlər, uşaqlar. Bazar günü bəzi qəddar qorxaqlar evimizə soxulub, ailəmə və uşaqlarıma hədə-qorxu gəldilər, sadəcə bəzi əşyaları oğurlamaq üçün. Çənəmi əzdilər, amma tez sağalacam”.

Futbolçunun hücumdan sonra sağalma kursu keçəcəyi bildirilir. Bu hadisə onun “Çelsi”yə keçidində problem yaratmayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button