“Seltik”in hücumçusu Avropanın nəhəng klublarının “radar”ında
Şotlandiyanın “Seltik” klubunun futbolçusu Odsonn Eduard Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.
Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçu ilə İtaliyanın “İnter”, “Milan”, İngiltərənin “Lester” klubları yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Eduardın transferi məsələsində ən öndə “İnter”in olduğu bildirilib.
Eduard son mövsümdə “Seltik”lə 40 oyunda 22 qol vurub. Hücumçunun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Fransanın PSJ klubunun yetirməsi olan Odsonn 2018-ci ildə “Seltik”ə 10,3 milyon avro qarşılığında keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin