
22 titul qazandığı klubdan ayrıldı – 14 il sonra
Şotlandiyanın “Seltik” klubu futbolçusu Skott Braunla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 35 yaşlı yarımmüdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.
2007-ci ildən “Seltik”də çıxış edən Braun, kapitanı olduğu komanda ilə 22 titul qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin