Cerrard üçün yeni müqavilə
Şotlandiyanın “Reyncers” klubu baş məşqçisi Stiven Cerrardın müqaviləsinin müddətini artırmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, Qlazqo təmsilçisi 39 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin iyununa qədər olan sözləşmə imzalayacaq. Bu barədə “Sky Sports” məlumat yayıb.
2018-ci ilin yayından “Reyncers”i çalışdıran Cerrardın hazırkı müqaviləsi 2022-ci ilin iyununa qədərdir.
“Reyncers” hazırda Şotlandiya Premyer Liqasında 38 xalla 2-ci sıradadır. Qlazqo təmsilçisi lider “Seltik”dən 2 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin