“Aberdin”in 2 futbolçusu “Qarabağ”la oyunu buraxacaq
Şotlandiyanın “Aberdin” komandasının iki futbolçusu Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab matçında iştirak edə bilməyəcək.
Komanda.az xəbər verir ki, hücumçu Rayan Heces və müdafiəçi Endryu Konsidayn avqustun 26-da, Şotlandiyada keçiriləcək oyunu buraxacaq. Bu barədə “Aberdin”in baş məşqçisi Stiven Qlass yerli mətbuata açıqlamasında deyib.
Heces və Konsidayn zədə səbəbindən “Qarabağ”la oyunda iştirak etməyəcək.
“Aberdin” – “Qarabağ” matçı avqustun 26-da keçiriləcək. Komandalar arasında Bakıda baş tutan görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin