“Bakıdakı oyunda meydança qorxunc idi, amma…” – “Aberdin”in kapitanı
Şotlandiyanın “Aberdin” komandasının kapitanı Skott Braun Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bildirib.
Komanda.az “eveningexpress.co.uk” saytına istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi, matçla bağlı bunları deyib:
“Azarkeşlər bizim 12-ci oyunçumuzdur və onlar bizi irəli aparırlar. Cümə axşamı stadionda böyük izdiham olacağına ümid edirəm. Son vaxtlar azarkeşlərimizin qarşısında oynaya bilməmişik. Bunun üçün darıxmışdıq.
Qrup mərhələsində çıxış etmək bizim üçün böyük uğurdur. Həm yaxşı pul mükafatları olur, həm də gənc futbolçuların burda mübarizə aparması əladır.
Bakıdakı oyunda meydança qorxunc idi, amma bu vəziyyətdə oynamağa məcbur idik. Meydança hər iki komandaya mane olurdu. Görüşdən sonra ot örtüyü ilə bağlı üzr istədilər. Ümid edirəm ki, cavab matçından sonra növbəti mərhələyə vəsiqə qazandığımız üçün onlardan üzr istəyəcəyik”.
“Aberdin” – “Qarabağ” matçı avqustun 26-da keçiriləcək. Komandalar arasında Bakıda baş tutan ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.
Bizi Facebook-da izləyin