“Cavab oyunundan əvvəl sərfəli nəticə əldə etməliyik” – “Aberdin”in baş məşqçisi
Şotlandiyanın “Aberdin” komandasının baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.
Komanda.az “eveningexpress.co.uk” saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis, Azərbaycana səfərin asan olmayacağını deyib:
“Azərbaycana getmək asan iş deyil. Yüksək temperatur və səfər amili var. “Qarabağ” böyük ənənəyə malik klubdur. Lakin Çempionlar Liqasına düşə bilmədiyi üçün futbolçularını və ya kluba yatırılan maliyyəni itirdiyini bilmirəm.
Hər iki tərəf növbəti mərhələyə yüksəlmək istəyir. “Qarabağ” da ikinci oyun üçün Şotlandiyaya səfər etmək məcburiyyətindədir. Futbolçularım ikinci matçı öz evimizdə oynamağımızın üstünlüklərini bilirlər. Cavab oyunundan əvvəl sərfəli nəticə əldə etməliyik. Çox yaxşı komandaya qarşı yaxşı şansımız var”.
“Qarabağ” “Aberdin”lə ilk matçı avqustun 19-da Bakıda, cavab oyununu isə 26-da Şotlandiyada keçirəcək.
Bizi Facebook-da izləyin