“Oyuna baxan hamı ot örtüyünün rəzalət olduğunu gördü” – “Aberdin”in baş məşqçisi
Şotlandiyanın “Aberdin” komandasının baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk matçında zədələnən müdafiəçi Endryu Konsidaynın son durumu haqda açıqlama verib.
Komanda.az xəbər verir ki, Qlass, müdafiəçinin Tofiq Bəhramov adına Respublika stadionunun or örtüyünə görə zədələndiyini deyib:
“Ednryu növbəti matçımızda iştirak etməyəcək. Ancaq ümid edirik ki, sağalma prosesi uzun müddət çəkməyəcək. Vəziyyəti yaxşı deyil. Dizindən zədələnib və belə bir meydançada oynayan zaman belə şeylər qaçınılmazdır.
Matçda əvvəl meydançanın durumu haqda məlumat almışdım. Lakin bəhanə olmasın deyə, nəsə danışmaq istəmədim. Oyuna baxan hamı ot örtüyünün rəzalət olduğunu gördü. Bu, hər iki komanda üçün də uyğun deyildi. Endryu da meydançaya görə zədələndi”.
“Qarabağ” ilk oyunda “Aberdin”i 1:0 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab matçı avqustun 26-da, Şotlandiyada keçiriləcək.
Bizi Facebook-da izləyin