“Arsenal”ın müdafiəçisi İspaniya klubuna keçməyə yaxındır

“Arsenal”ın müdafiəçisi Kiran Tirninin iş yerini dəyişmək ehtimalı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tirni karyerasını İspaniyanın “Real Sosyedad” klubunda davam etdirməyə yaxındır.

Öncədən şotlandiyalı futbolçu uğrunda “Aston Villa” və “Nyukasl”ın da mübarizə apardığı bildirilirdi.

Tirni 2022/23 mövsümündə “topçular”ın heyətində bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button