Bir qrup azarkeşə oyunlara giriş qadağan edilib – Fələstinə görə

Şotlandiyanın “Seltik” klubu matçlar zamanı stadionlarda dəfələrlə Fələstin bayraqları nümayiş etdirdikdən sonra bir qrup tərəfdarın oyunlara gəlməsini qadağan edib.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, 2012-ci ildən Fələstinə dəstək üçün etiraz aksiyaları təşkil edən fanat qruplarından birinin üzvlərinin mövsümlük biletləri ləğv edilib. Bu zəmində klub rəhbərliyi ilə azarkeşlər arasında ən böyük münaqişə ötən həftə, Çempionlar Liqasının qrup mərhələsində İspaniyanın “Atletiko” komandası ilə ev oyununda qeydə alınıb.

Əvvəllər tərəfdarlar tərəfindən Şotlandiya çempionatının “Kilmarnok”la matçında “Azad Fələstin, müqavimət üçün qələbə” yazısı olan nəhəng pankart açılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button