Həyəcan siqnalı: Uşaqlara topa başla vurmaq olmaz!
Şotlandiya Futbol Assosiasiyası 12 yaşadək uşaqlara topa başla vurmağı qadağan edə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb. Qlazqo universitetində aparılan bir elmi araşdırmadan sonra belə bir qadağanın tətbiq olunması gündəmə gəlib.
Araşdırmalara əsasən, sabiq peşəkar futbolçularda digər insan qrupları ilə müqayisədə demensiya da (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi) daxil olmaqla, digər beyin xəstəliklərindən ölüm halları 3,5 dəfə çoxdur. Tədqiqatlar zamanı 1900-1976-cı illər aralığında doğulan və Şotlandiyada peşəkar futbol oynayan 7676 kişi test edilib.
2016-cı ildə ABŞ Futbol Federasiyası 10 yaşdan kiçik uşaqlara məşq və oyunlarda topa başla vurmağı qadağan edib.
Bizi Facebook-da izləyin