Sopiç “Sabah”ı ilk məşqə çıxardı
“Sabah” Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçiriləcək “Qarabağ”la oyunun hazırlğına başlayıb.
Komanda.az xəbər verir ki, “Səbail”lə matçdan sonra 2 günlük istirahətə buraxılan komanda, bu gün “Bank Respublika Arena”nın ehtiyat meydançasında yeni baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında ilk məşqinə çıxıb.
Xatırladaq ki, “Qarabağ”la oyun dekabrın 2-də “Bank Respublika Arena”da baş tutacaq və saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin