Sonuncu yarımfinalçı “Real” oldu
Futbol üzrə İspaniya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Valensiya” doğma meydanda “Xetafe” ilə qarşılaşıb. Bir həftə öncə səfərdə minimal hesabla uduzan “Valensiya” cavab matçında son dəqiqələrdə vurduğu qollar sayəsində inamlı qələbəyə sevinib. Nəticədə, sözügedən komanda ilk yarımfinalçı olub.
İkinci oyun günündə iki görüş baş tutub. “Betis” səfərdə heç-heçəyə razılaşdığı “Espanyol”u doğma meydanda məğlub edərək, növbəti mərhələyə yüksəlib. “Barselona” isə səfərdə 2 cavabsız qolla uduzduğu “Sevilya”ya doğma meydanda böyük hesabla qalib gəlib.
Son oyun günündə Madrid “Real”ı səfərdə “Jirona” ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi səfərdə də inamlı qələbə qazanaraq, yarımfinala yüksəlib.
İspaniya Kuboku, 1/4 finalın cavab oyunları
29 yanvar
Valensiya – Xetafe 3:1 (ilk oyun 0:1)
30 yanvar
Betis – Espanyol 3:1 (1:1)
Barselona – Sevilya 6:1 (0:2)
31 yanvar
Jirona – Real 1:3 (2:4)
Bizi Facebook-da izləyin