Dani Alveşin son oyunu
Meksikanın “Pumas” klubunun futbolçusu Dani Alveş Braziliya millisindəki karyerasını bitirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi bunu DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiya millisinə məğlub olduqları matçdan sonra bildirib.
Alveş millidə sonuncu matçını keçirdiyini deyib:
“Artıq bunu deməyin vaxtıdır. Braziliya millisində sonuncu oyunumu keçirdim. Lakin Neymarda eyni halın olacağını düşünmürəm. O, əla hücumçudur. Braziliya futbolunun ona ehtiyacı var”.
“Sambaçılar” Xorvatiyaya penaltilər seriyasında məğlub olaraq, mübarizəni dayandırıb. PSJ-nin hücumçusu Neymar da millidəki karyerasını bitirə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin