“Qrupdan lider kimi çıxmaq istəyiriksə…” – Alba

İspaniya millisinin müdafiəçisi Jordi Alba DÇ-2022-nin ikinci turunun Almaniya ilə matçı (1:1) haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın üzvü öncə ilk hissə barədə fikir bildirib:

“Hər iki komanda üstün olduğu üçün balanslaşdırılmış oyun oldu. İlk hissədə qol vurmaq üçün yaxşı şanslarımız var idi. Qolu Morata vurdu”.

Alba daha sonra qrupdan lider çıxmaq istədiklərini vurğulayıb:

“İndi Yaponiyanı məğlub etmək barədə düşünməliyik. Biz hələ də arxayınıq. Yaxşı iş görmüşük. Qrupdan lider kimi çıxmaq istəyiriksə, sonuncu oyunda qalib gəlməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button