Sonuncu finalçı Misir millisi oldu

Futbol üzrə Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Misir yığması qitə birinciliyinə ev sahibliyi edən Kamerun millisi ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrini daha dəqiq yerinə yetirən Misir millisi finala vəsiqə qazanıb.

Daha öncə Seneqal millisi Burkina Faso yığmasına qalib gələrək finala yüksəlmişdi. Beləliklə, Afrika Millətlər Kubokunun finalında Seneqal və Misir yığmaları qarşılaşacaq. Həlledici oyun fevralın 6-da keçiriləcək. Bundan bir gün öncə isə Burkina Faso və Kamerun yığmaları üçüncü yer uğrunda oyunda üz-üzə gələcəklər.

Afrika Millətlər Kuboku
Yarımfinal

2 fevral

Burkina Faso – Seneqal 1:3
Qol: Ture, 82 – Diallo, 70. Geye, 76. Mane, 87.

3 fevral

Kamerun – Misir 0:0 (penaltilər 1:3)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button