“Sona qədər mübarizə apara biləcəyimizi göstərdik” – Keyn
“Tottenhem”in hücumçusu Harri Keyn Premyer Liqanın 26-cı turunun “Mançester Siti” ilə oyunundan sonra açıqlama verib.
Komanda.az “BBC Sport”a istinadən xəbər verir ki, ingilis futbolçu sona qədər mübarizə apara biləcəklərini göstərdiklərini deyib:
“Gərgin oyun oldu. Rəqibin penaltidən fərqlənməsi bizə ağır zərbə vurdu. Amma sonra toparlana bildik. Əla oyun və xarakter göstərdik. Biz həm də, sona qədər mübarizə apara biləcəyimizi göstərdik. İlk 4-lükdə olmaq üçün real şansımız var”.
“Tottenhem” səfərdə “Mançester Siti”ni 3:2 hesabı ilə məğlub edib. Keyn bu oyunda iki qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin