Hamıdan üzr istədi – Finalda uduzan baş məşqçi

“Fiorentina”nın baş məşqçisi Vinçenzo İtaliano Avropa Konfrans Liqasının “Vest Hem”lə oyunundan sonra (1:2) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məğlubiyyətə görə hər kəsdən üzr istəyib:

“Çox yaxşı oynadığımız matçda məğlub olduq. Bu, bizi məyus edir. Düzü, matçın belə bitəcəyini gözləmirdim. Yaxşı epizodlarımız oldu, hesabı bərabərləşdirə bildik. Sona doğru müdafiədə səhv etdik və hər şey bitdi! Futbolçularım hazırda məhv olub.

Risk etmək istəmirdik. Düşünürdük ki, səbirli oynayaraq, qalib gələ bilərik. Bu cür uduzacağımızı heç gözləmirdik. Hamıdan üzr istəyirəm. Biz hər şeyi düzgün yerinə yetirdik, lakin müdafiəçilər son qolda daha diqqətli oynamalı idilər. Belə səhvlər finalda baha başa gəlir”.

İtaliya klubu tarixində dördüncü dəfədir ki, avrokubokların həlledici qarşılaşmasında məğlub olur. Onlar sonuncu dəfə 1961-ci ildə Kuboklar Kubokunun finalında qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button