Sona çatan müqavilələrin müddəti 6 ay uzadıldı
Argentinada futbolçuların klublarla sona çatmaq üzrə olan müqavilələrinin müddəti 6 aylıq uzadılıb.
Komanda.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Argentinada çempionatlar koronavirus pandemiyasına görə dayandırıldığına görə, müqaviləsinin müddəti iyun ayında bitəcək futbolçularla bağlı yaranan suallara birdəfəlik aydınlıq gətirilib. FİFA-nın da bu məsələ ilə bağlı tövsiyələrini nəzərə alan yerli federasiya, bu cür müqavilələrin avtomatik olaraq 6 ay uzadılmasına göstəriş verib. Federasiya bu məsələ ilə bağlı Argentina Futbolçular Birliyi (FAA) ilə də razılığa gəlindiyini bəyan edib.
Məlumatda o da bildirilir ki, bu qərar ölkədə təxminən 2 min oyunçuya şamil olunacaq.
Argentinada çempionatlar mart ayında koronavirusa görə dayandırılıb. Mövsümün nə vaxt bərpa olunacağına hələ aydınlıq gəlməyib. Federasiya daha öncə yalnız 2022-ci ilə qədər heç komandanın elitanı tərk etməyəcəyini açıqlamışdı.
Bizi Facebook-da izləyin