Son oyununu ailəsi qarşısında keçirmək imiş – Onun üçün ən önəmli şey

“Bayern”lə vidalaşan fransalı yarımmüdafiəçi Korentin Tolisso Almaniya klubundan ayrılması haqda danışıb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Tolisso karyerasında yeni bir səhifə açmaq istədiyini bildirib:

“Rəhbərliklə razılaşdıq ki, mən Nikolas Süle kimi final matçında gül dəstəsi almayacam. Mənim üçün ən önəmlisi odur ki, “Bayern”də son matçımı ailəmin qarşısında keçirdim. Son məqsəd 2020-ci ildə Çempionlar Liqasını qazanmaq idi. Ölkə çempionu kimi titullarım var, bu mənim fəxrimdir.

“Bayern”də birinci ildə çox xoşbəxt idim, oynadım və qollar vurdum. Sonra hər şey mənim üçün uğurlu oldu. Bu, mənə dünya çempionatına getməyə imkan verdi. Sonra zədələndim, yenidən qayıtdım… Bu, mənəvi və fiziki formama təsir etdi. Karyeramda yeni bir səhifəyə başlamaq üçün yeni çağırışa ehtiyac olduğunu hiss etdim”.

2017-ci ildən Münhen təmsilçisində çıxış edən 27 yaşlı oyunçu 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button