Alleqri qayıdacağı vaxtı açıqladı – “İngiliscə öyrənirəm”
Son olaraq “Yuventus”u çalışdıran Massimiliano Alleqri məşqçi karyerası haqda planlarını açıqlayıb.
Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Alleqri, gələn ilin iyun ayında yenidən baş məşqçilik edəcəyini deyib:
“Yuventus”da uğurlu beş ildən sonra geri qayıdıb, pis nəticələr əldə etmək istəmirəm. “Yuventus”dan ayrıldıqdan sonra bir mövsümlük fasilə vermək qərarına gəldim. Növbəti il mənim üçün önəmli olacaq.
Milanda ingiliscə dərslər alıram. İngiliscə filmlər izləyir, kitablar oxuyuram və çox gözəl başa düşürəm”.
2014-2019-cu illər aralığında “Yuventus”u çalışdıran Alleqrinin adı “Mançester Yunayted”lə hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin