Luçesku İsveçrə klubunda

Son olaraq Türkiyə milli komandasını çalışdıran Mirça Luçeskunun yeni iş yeri bilinib.

Komanda.az xəbər verir ki, 74 yaşlı mütəxəssis “Syon” klubunu çalışdıracaq. Bu barədə İsveçrə təmsilçisinin prezidenti Kristian Konstantin yerli mətbuata açıqlamasında deyib. Konstantin Luçeskunun yanvarın 2-də rəsmi müqavilə imzalayacağını bildirib.

“İnter”, “Şaxtyor”, “Qalatasaray”, “Zenit”, “Beşiktaş” kimi klublarda işləyən Luçesku, 2017-2019-cu illərdə Türkiyə milli komandasını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button