Ramil Şeydayevin klubunda “Luçesku” səsləri
Son olaraq Türkiyə milli komandasını çalışdıran Mirça Luçesku Rusiyanın “Dinamo” klubunda baş məşqçi postuna gətirilə bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə rumıniyalı mütəxəssisin meneceri Arkadi Zaporjan açıqlama verib. O, “Dinamo” klubunun Luçeskunu istədiyini və görüşlərin olduğunu bildirib:
“Dinamo” Luçeskunu istədiyini dedi. Biz də klubla görüşlər keçirdik. Luçesku rus futbolundan qisas almaq istəyir, ancaq yaxşı mənada.
Luçeskunun “Dinamo” klubuna keçəcəyi ehtimalı ilə bağlı bir şey deyə bilmərəm. Ancaq təklif olsa, qəbul etməyə hazırdır. Yaş məsələsində narahat olmağa lüzum yoxdur. Buna “Lokomotiv”i çalışdıran Yuri Syomini misal göstərmək olar”.
74 yaşlı Luçesku, “İnter”, “Şaxtyor”, “Qalatasaray”, “Zenit” kimi klublarda da işləyib.
“Dinamo” klubu bir müddət əvvəl baş məşqçisi Dmitri Xoxlovla yollarını ayırmışdı. Moskva təmsilçisində Azərbaycan millisinin üzvü Ramil Şeydayev forma geyinir.
Bizi Facebook-da izləyin