“Barselona”da baş məşqçi dəyişikliyi – Setyenə əvəzləyici tapıldı

Son olaraq “Tottenhem”i çalışdıran Maurisio Poçettino yaxın zamanda “Barselona”nın baş məşqçisi ola bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Cadena Sar” nəşri məlumat yayıb. Xəbərdə, argentinalı mütəxəssisin hazırda komandanın baş məşqçisi olan Kike Setyeni əvəzləyəcəyi bildirilir.

“Barselona” klubunun prezidenti Xosep Maria Bartomeu bu həftə Poçettino ilə görüşəcək.

“Barselona”da Çempionlar Liqasında “Bavariya”ya 2:8 hesablı məğlubiyyətdən sonra baş məşqçi Kike Setyenin istefaya göndəriləcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button