Poçettino rusların “radar”ında
Son olaraq “Tottenhem”i çalışdıran Maurisio Poçettino karyerasını Rusiyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, argentinalı mütəxəssislə “Zenit” klubu yaxından maraqlanır. Bu barədə “Don Balon” nəşri məlumat yayıb. Xəbərdə, “Zenit”in Poçettinoya illik 10 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Poçettino ötən ilin noyabrından işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin