“Ümid edirəm ki, bir gün bu komandada baş məşqçilik edərəm” – Poçettino
Son olaraq “Tottenhem”i çalışdıran Maurisio Poçettino Argentina çempionatının “Nyuells Old Boyz” – “River Pleyt” matçını (2:3) izləyib.
Komanda.az xəbər verir ki, qarşılaşmadan sonra yerli mətbuata açıqlama verən argentinalı mütəxəssis, təkliflərə açıq olduğunu deyib:
“Çox gözəl xatirələrimin olduğu yerə qayıtmaq gözəldir. “Nyuells Old Boyz”da futbolçu olmağı xəyal edirdim və arzuma çatdım. Ümid edirəm ki, bir gün bu komandada baş məşqçilik edərəm. Yaxın zamanda bunun reallaşacağına inanmıram. Ancaq nə vaxtsa qayıdacam. Argentina millisində çalışacammı? Gələcək haqda düşünməyə vaxtım olmayıb. Təkliflərə açığam”.
Poçettino futbolçu karyerasına “Nyuells Old Boyz” klubunda başlayıb. 2014-cü ildən “Tottenhem”i çalışdıran argentinalı mütəxəssis, bir müddət əvvəl istefa verib və hazırda işsizdir.
Bizi Facebook-da izləyin