Skolari milli komandada?
Son olaraq “Palmeyras”ı çalışdıran Felipe Skolari milli komandada işləyə bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis Çin yığmasında baş məşqçilik edə bilər. Skolarinin yaxın zamanda Çin Futbol Federasiyasının rəsmiləri ilə görüşəcəyi bildirilir.
Çin millisində bir müddət əvvəl Marçello Lippi baş məşqçi postundan ayrılmışdı.
Skolari 2015-2017-ci illərdə Çinin “Quançjou Everqrand” klubunu çalışdırıb. Braziliyalı mütəxəssis sentyabrda “Palmeyras”dakı işindən azad edilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin