Şvaynştayger karyerasını bitirir

Son olaraq MLS təmsilçisi “Çikaqo Fayr”da forma geyinən Bastian Şvaynştayger mövsümün sonunda karyerasını bitirəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə alman yarımmüdafiəçi rəsmi “instagram” hesabından məlumat yayıb.

Karyerası ərzində “Bavariya” və “Mançester Yunayted” kimi klublarda forma geyinən Şvaynştayger, 2017-ci ildən MLS təmsilçisi “Çikaqo Fayr”da top qovurdu. 35 yaşlı yarımmüdafiəçi 121 dəfə də Almaniya millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button