“Real” Alleqriyə 2 illik müqavilə təklif etdi

Son olaraq İtaliyanın “Yuventus” klubunda baş məşqçilik edən Massimiliano Alleqri İspaniya “Real”ını çalışdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. “Real” Alleqriyə ildə 10 milyon avro qazanacağı iki illik müqavilə təklif edib.

“Real”ı hazırda Zinəddin Zidan çalışdırır. Fransalı mütəxəssisin mövsümün sonunda “kral klubu”ndan ayrılacağı gözlənilir. Zidanın rəhbərlik etdiyi komanda La Liqada 2-ci sıradadır.

Alleqri 2014-2019-cu illər aralığında “Yuventus”u çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button