Kontenin arzusu
Son olaraq İtaliyanın “İnter” klubunda baş məşqçilik edən Antonio Konte gələcək planlarından danışıb.
Komanda.az “Football İtalia”ya istinadən xəbər verir ki, Konte, gələcəkdə ABŞ-da komanda çalışdırmaq niyyətində olduğunu bildirib:
“Ölkə xaricində işləmək istərdim. Çünki hər zaman çətin mübarizələr məni cəlb edir. Nə vaxtsa MLS klubunda baş məşqçilik etmək istəyirəm”.
Kontenin adı İngiltərənin “Tottenhem” klubu ilə hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin