Millinin bombardiri Çin klubunda

Son olaraq İngiltərənin “Vest Bromviç” klubunda forma geyinən Salomon Rondon karyerasını Çində davam etdirəcək.

Komanda.az xəbər verir ki, 29 yaşlı hücumçu Çinin “Dalyan İfan” klubuna keçib. Bu barədə “Vest Bromviç”in rəsmi saytı məlumat yayıb. Rondon yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Transferin detalları açıqlanmasa da, İngiltərə mətbuatının xəbərinə görə, “Dalyan İfan” Rondon üçün 18 milyon avro təzminat ödəyib.

“Dalyan İfan” klubunun baş məşqçisi Rafael Benitesdir.

Rondon, formasını geyindiyi Venesuela millisinin də bombardiridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button