AFFA “Beşiktaş”ın keçmiş baş məşqçisindən cavab gözləyir – Milli üçün
Son olaraq “Beşiktaş”ı çalışdıran Abdullah Avcı Azərbaycan milli komandasında baş məşqçilik edə bilər.
Komanda.az xəbər verir ki, AFFA nümayəndələri türkiyəli mütəxəssislə görüş keçirib. AFFA rəsmiləri 57 yaşlı məşqçini Azərbaycan yığmasının “sükanı arxasına” gətirməkdə israrlı olduqlarını ona çatdırıblar. Lakin Avcı onların təklifinə konkret cavab verməyib. O, yaxın günlərdə qərarını açıqlayacağını deyib (Apasport).
Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən olan Oleq Kononov Latviyanın “Riqa”, Luici Di Byaco isə İtaliyanın SPAL klubuna baş məşqçi təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin