“Avcı Azərbaycan milli komandasından da təklif almışdı”
Son olaraq “Beşiktaş”ı çalışdıran Abdullah Avcı Azərbaycan milli komandasını çalışdırmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə Avcının keçmiş köməkçisi Sərhat Gülpınar deyib. “Radyospor”un qonağı olan Gülpınar, Avcının AFFA-dan təklif aldığını deyib:
“Avcı ilə “Beşiktaş”dan ayrıldıqdan sonra görüşdük. O, mövsümün sonuna qədər komanda çalışdırmayacağını və istirahət edəcəyini dedi. Avcı Azərbaycan milli komandasından da təklif almışdı, ancaq müsbət nəticələnmədi”.
Sərhat Gülpınar Avcının “Başakşəhər”də baş məşqçi olduğu vaxt köməkçisi idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin