Makelele milli komandaya gedir
Son mövsümdə Belçikanın “Eypen” klubunu çalışdıran Klod Makelelenin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 43 yaşlı fransız mütəxəssis Konqo millisinə rəhbərlik edəcək. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Makelelenin yaxın zamanda rəsmi müqavilə imzalayacağı gözlənilir.
Futbolçu karyerası ərzində “Real”, “Çelsi”, PSJ kimi klublarda forma geyinən Makelele, 2017/18 mövsümündə “Eypen”i çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin