“Barselona”dan qovulan Setyenin “müştəri”si var

Son olaraq “Barselona”nı çalışdıran Kike Setyen yenidən La Liqaya qayıda bilər.

Komanda.az xəbər verir ki, 62 yaşlı mütəxəssis “Betis”ə baş məşqçi təyin oluna bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Betis”də baş məşqçi Manuel Pelleqrini komandanın uğursuz çıxışına görə istefaya göndərilə bilər. Əndəlüs təmsilçisinin rəhbərliyi çilili mütəxəssisin yerinə bu vəzifəyə Setyeni gətirməyi planlaşdırır.

Setyen 2017-2019-cu illərdə “Betis”də çalışıb. İspan mütəxəssis 2020-ci ilin yanvarından avqustuna kimi “Barselona”da baş məşqçilik edib.

“Betis” La Liqada 16-cı sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button