David Luiz: Nə Türkiyə, nə Fransa…
Son olaraq “Arsenal”da çıxış edən, hazırda azad agent statusu daşıyan David Luiz gələcəyiylə bağlı qərarını verib.
Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi Braziliyaya qayıdacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, braziliyalı futbolçunun “Flamenqo” ilə danışıqlar apardığı bildirilib.
David Luizin adı Türkiyənin “Adana Dəmirspor” və Fransanın “Marsel” klubu ilə hallanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin