“Fənərbaxça” “Borussiya”nın sabiq baş məşqçisi ilə danışıq aparır
Son olaraq Almaniyanın “Borussiya” (Dortmund) komandasında baş məşqçilik edən Lusyen Favr Türkiyədə çalışa bilər.
Komanda.az xəbər verir ki, isveçrəli mütəxəssis “Fənərbaxça” komandasını çalışdıra bilər. Bu barədə italyan jurnalist Nikola Skira özünün “tvitter” səhifəsində məlumat yayıb.
“Fənərbaxça” Favrla danışıqlar aparır. Super Liqa təmsilçisi 63 yaşlı mütəxəssislə iki illik müqavilə imzalamaq niyyətindədir.
Favr 2018-2020-ci illər aralığında “Borussiya”nı çalışdırıb. İsveçrəli mütəxəssis ötən ilin dekabrından işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin