Dani Alveşin son müraciəti də qəbul olunmadı
Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Dani Alveşin azadlığa buraxılmaq üçün son müraciəti qəbul olunmayıb.
Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Barselona məhkəməsi 40 yaşlı müdafiəçinin tələbini geri çevirib.
Alveş şəhəri tərk etməyəcəyinə dair söz versə də, onun məhkəməyə qədər həbsxanada qalması qərara alınıb. Məşhur futbolçunun vəkili indi də Barselona Apellyasiya Məhkəməsinə müraciət etmək üçün sənədləri hazırlayır.
Dani Alveş yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün saxlanılıb. Onu 4 ildən 12 ilə qədər həbs gözləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin