Son mövsümün ən yaxşı futbolçusunu istəyir – “Liverpul”

“Liverpul” hücumçusu Məhəmməd Salahın yerinə “Leyptsiq”in yarımmüdafiəçisi Kristofer Nkunkunu nəzərdən keçirir.

Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb. “Liverpul” 29 yaşlı misirli futbolçunu 2023-cü ildən sonra (müqaviləsi bitdikdən sonra) da saxlamaq niyyətindədir. Lakin Salah komandadan ayrılmaq qərarına gələrsə, Mersisayd klubu indidən başqa variantları da nəzərdən keçirir. Bu variantlardan biri də Nkunkudur. “Liverpul” futbolçunun nümayəndələri ilə son həftələrdə iki görüş keçirib.

24 yaşlı Nkunku Bundesliqada 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib. O, 34 matçda 20 qol vurub və 15 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button