
“Mən məğlub olmaqdan nifrət edirəm”
“Mançester Siti”nin futbolçusu Bernardo Silva yeni mövsümün startı öncəsi komandasının əhval-ruhiyyəsindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni kuboklara can atdıqlarını söyləyib:
“Mən məğlub olmaqdan nifrət edirəm. Amma indi məğlubiyyətin dadını gördüyümüz üçün qələbə daha da şirin olacaq. Son mövsüm çox ağrılı keçdi, amma biz yenə kuboklara can atırıq. Düşünürəm ki, biz mütləq əvvəlki emosional vəziyyətimizə qayıtmışıq və yenidən qalib gəlmək arzusu ilə yanırıq”.
“Şəhərlilər” 2024/25 mövsümündə Premyer Liqanı 3-cü pillədə başa vurub. Komanda yeni çempionata avqustun 16-da, “Vulverhempton”la səfər matçı ilə başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin