“Real”ın yetirməsi MLS-də
Son klubu “Valensiya” olan Alvaro Medran karyerasını ABŞ-da davam etdirəcək.
Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Çikaqo Fayr” klubuna transfer olunub. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Medranla 2 illik sözləşmə imzalanıb.
“Real”ın yetirməsi olan Medran, “kral klubu” ilə 5 oyuna çıxıb və 1 qol vurub.
2016-cı ildən “Valensiya”da çıxış edən yarımmüdafiəçi sentyabrın 2-dən klubsuz idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin