“Torino”nun sabiq futbolçusu “Qarabağ”ı izləməyə başladı
Son klubu Polşa “Legiya”sı olan Marko Veşoviç karyerasını Azərbaycanda davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 29 yaşlı cinah müdafiəçisi ilə “Qarabağ” klubu yaxından maraqlanır. Monteneqro milli komandasının üzvü olan Veşoviç “instagram” hesabında “Qarabağ”ı izləməyə başlayıb.
Veşoviç karyerası ərzində Serbiyada “Srvena Zvezda”, İtaliyada “Torino”, “Spetsiya”, Xorvatiyada “Riyeka”, Polşada “Legiya” kimi klublarda çıxış edib. Müdafiəçi Monteneqro millisində 30 oyunda 2 qol vurub.
Hazırda azad agent olan Veşoviçlə Türkiyənin “Göztəpə” klubu da maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin