Daniel Starric Türkiyədə FOTO
Son klubu “Liverpul” olan Daniel Starric karyerasını Türkiyədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, 29 yaşlı hücumçu “Trabzonspor” klubuna keçməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Starricin artıq Türkiyədə olduğu bildirilir. İngilis hücumçunun yeni klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.
“Çelsi”, “Bolton”, “Vest Bromviç”, “Liverpul” kimi klublarda forma geyinən Starric, iyulun 1-dən azad agentdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin