Avcıdan əli üzülən AFFA başqa türkiyəli mütəxəssisin izində
Türkiyəli mütəxəssis Abdullah Avcı ilə Azərbaycan millisinin “sükanı arxasına” keçmək məsələsində razılığa gələ bilməyən AFFA, diqqətini “Fənərbaxça”nın baş məşqçi postundan ayrılan Ərsun Yanala çevirib.
Komanda.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb. Xəbərdə, AFFA rəhbərliyinin yaxın günlərdə Ərsun Yanalla əlaqə quracağı bildirilib. AFFA-nın türk mütəxəssisə milli komandanın baş məşqçi postu üçün rəsmi təklifini bildirəcəyi gözlənilir.
Türkiyə mətbuatı bir müddət əvvəl də Yanalın adını Azərbaycan milli komandasıyla yanaşı hallandırırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin