“Son iki oyun göstərdi ki, düz yoldayıq” – Samir Abasov
“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, 41 yaşlı mütəxəssis qolsuz bitən oyundan sonra bunları söyləyib:
“Qələbə qazansaydıq, bu, bizə əlavə motivasiya, stimul olacaqdı. Nə üzülürük, nə də sevinirik. Məncə, bu komandalar qarşılaşanda, daim maraqlı olur. Bəzi oyunlarda futbolçuları qınayırdıq. Lakin son iki görüş göstərdi ki, düz yoldayıq. Futbolçulara təşəkkür edirəm. Amma “Zirə”nin özünə gəldiyini deməzdim. Komandaya yeni qoşulanlar hələ uyğunlaşmayıblar. Ancaq ümid verirlər. Əsas odu ki, iki oyundu qol buraxmırıq. Anlaya bilmirəm, niyə düşünürlər ki, “Neftçi”yə xüsusi hazırlaşırıq. Hər bir rəqibə eyni gözlə baxırıq”.
Bizi Facebook-da izləyin