
Konte çempionluğu ağlasığmaz sayır
“Napoli”nin baş məşqçisi Antonio Konte hələ də Skudettonu komanda üçün ağlasığmaz məqsəd hesab edir.
Neapollular İtaliya A Seriyasında mövsümün başa çatmasına iki tur qalmış “İnter”i bir xal qabaqlayaraq, turnir cədvəlinə başçılıq edirlər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis belə nəticələr göstərməklə komandanın öz imkanlarından kənara çıxdığını bildirib:
“Son iki addım əvvəldən tamamilə ağlasığmaz olan hədəfi təmsil edir. Buna nail olmaq inanılmaz olardı. Belə nəticələr göstərməklə komanda öz imkanlarından kənara çıxır”.
“Napoli” növbəti turda, mayın 18-də “Parma”ya səfər edəcək, daha sonra isə “Kalyari”ni qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



