“Son Hın Minin “Qarabağ”a qarşı son ev oyununu xatırlamaq üçün iki əsas səbəbi var”
UEFA-nın rəsmi saytı “Tottenhem” və “Qarabağ” arasında Londonda keçiriləcək Avropa Liqasının əsas mərhələsinin açılış matçı haqda yazıb.
Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytı İngiltərə klubunun cənubi koreyalı futbolçusu Son Hın Min haqda xatırlatma da edib:
“Son Hın Minin Azərbaycanın ən güclü komandasına qarşı son ev oyununu xatırlamaq üçün iki əsas səbəbi var. Cənubi koreyalı 2015/2016 mövsümündə Avropa Liqasında “Qarabağ”a iki qol vurub və “Tottenhem” matçı 3:1 hesabı ilə qalib başa vurub. Londonlular şübhəsiz ki, bir illik fasilədən sonra Avropa yarışlarında özlərini ən yaxşı tərəflərini göstərmək istəyəcəklər”.
Komandalar arasında oyun sentyabrın 26-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin