Son Hın Min rəsmən ABŞ klubunda

ABŞ-ın “Los Anceles” klubu “Tottenhem”dən ayrılan Son Hın Minin transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Müqavilənin müddətini əvvəlcə 2028-ci ilin sonuna, sonra isə 2029-cu ilin ortalarına qədər uzatmaq variantları var.

Hücumçu 2015-ci ildən “Tottenhem”də oynayırdı. O, klubla cəmi bir kubok – 2025-ci il Avropa Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button