
ÇL: “Son dəqiqələrdə buraxılan qolla evdə məğlubiyyət böyük məyusluqdur”
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandasının Çempionlar Liqasında PSJ-yə məğlubiyyətini (1:2) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin ikinci hissədə daha güclü olduğunu deyib:
“Son dəqiqələrdə buraxılan qolla evdə məğlubiyyət böyük məyusluqdur. Düşünürəm ki, biz oyuna daha yaxşı başladıq, lakin PSJ ikinci hissədə daha güclü idi”.
Kataloniya klubu qolunu 19-cu dəqiqədə vursa da, fasiləyə qədər üstünlüyünü qoruya bilməyib. PSJ 90-cı dəqiqədə Qonçalo Ramosun qolu sayəsində qələbə qazanıb. “Barselona”nın Çempionlar Liqasının iki turundan sonra üç xalı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



