“Burdan tanrı kimi ayrılacam” – Riberi

“Bavariya”nın fransalı futbolçusu Frank Riberi, karyerası və gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu,  “Bavariya”da qalmaq istədiyini deyib:

“Menecerimlə və rəhbəliklə birlikdə danışacağıq. “Bavariya”da qalmaq istəyirəm, amma klubun qərarına hörmət edəcəm. Mən və “Bavariya” sevgili kimiyik. Bu sədaqət hazırda futbolda olmur. Hər zaman meydanda əlimdən gələni etdim. Burda rekordlar qırdım, tarix yazdım. Burdan tanrı kimi ayrılacam.

Sahib olduğum hər şeyi tək başıma qazandım, heç kimdən kömək istəmədim. Çox çalışmasaz, 12 il ərzində “Bavariya”nın 11 əsas futbolçusundan biri olaraq qala bilməzsiz.

Çempionlar Liqasında üç dəfə finalda oynadım və bir dəfə çempion oldum. Bir neçə dəfə yarımfinalda şanssızlıq yaşadım. Daha çox final matçı oynaya bilərdik. Çempionlar Liqasını son dəfə qazanmağı xəyal edirəm”.

Fransalı futbolçu, 2013-cü ildə “qızıl top”u qazanmalı olduğunu, amma ona qarşı haqsızlıq edildiyini deyib:

“2013-cü ildə “qızıl top”u qazanmalı idim. Həmin mövsüm hər şeyi qazandım, amma mənə haqsızlıq edildi. Bunu hələ də qəbul edə bilmirəm. Səbəbini anlaya bilməyəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button